Online Film izlə - Azəri, Türk, İslami, Seriallar / Diziler...bütün filmlər
Yahşi Cazibe - 61. Bölüm
Kemalın qızı Itır gəldikdən sonra mövqelərinin zəiflədiyini hiss edən Simge hiyləyə əl atır. O, İsveçrədə qızlar məktəbi tapdığını bildirir və Kemalı Itırı xaricə göndərmək üçün yola gətirməyə çalışır. Kemal əvvəlcə bu fikrə etiraz etsə də, sonradan Simgenin təklifini qəbul edir.
Itır və Cazibe Kemalı bu fikirdən vaz keçirmə üçün müxtəlif yolları sınasalar da, Kemal qərarlıdır. Artıq Itırın Kemal və Cazibedən ayrılmaması üçün bir möcüzəyə ehtiyac var.
Kurtlar Vadisi Pusu - 135. Bölüm
Polat və dostlarının başı yenə dərddədir.
Kaşifoğlu yaxalanır. Kara kimin tərəfində olacaq?
Kara Beyefendi ilə görüşür. Bəs Polatın görüşdüyü adam kimdir?
Zaza Karaya Polatın yanında yer almağı tövsiyyə edir.
Polat "Abdülhey həmişə haqlı çıxıb və yenə çıxacaq" deməklə nəyi nəzərdə tutur?
Yahşi Cazibe - 60. Bölüm
Kemal qızının sevgilisinin necə adam olduğunu görmək üçün onu yeməyə çağırır. Amma ortada bir problem var. Oğlan heç də Kemalın bəyənəcəyi tipdə deyil. Cazibe plan cızır.
Plana görə, Barış özünü Itırın dostu Batuhan kimi qələmə verməli və Kemalgilə gəlməlidir. Lakin Kemalın kürəkənliyə namizəd üçün hazırladığı çox çətin sınaqlar var.
Kurtlar Vadisi Pusu - 134. Bölüm
Polat Alemdar və Memati polis maşınına qarşı terror aktını əngəlləmək üçün hərəkətə keçirlər. Davut və İncini maşınla vuran adamını gizlədən Abdülhey isə Polat və Mematiyə çatmağa çalışır.
Polat və İncinin evləndiyindən xəbərsiz olan Leyla ondan evlənməməyini xahiş edir. Polat Alemdarın atası nəvəsini parka gəzməyə aparır. Amma uşaq bir anda yoxa çıxır. Kaşifoğlunun yeni hədəfi Karanın oğlu Fermandır. Ferman, Kaşifoğlunun tələsinə düşsə də, gözləmədiyi sürprizlə qarşılaşır.
Yahşi Cazibe - 59. Bölüm
Kemalın həyatında tamamilə yeni dönəm başlayır. Onunla birlikdə qızı, Cazibe və Simgenin də… Kemal gənc qız atası olduğunu öyrənməyinin şokunu yaşadığı bir vaxtda Cazibe qıza qucaq açmaqda bir an da tərəddür etmir.
Simge isə reallığı məcburiyyət qarşısında qəbul etməli olur. Amma onun qızdan xoşu gəlmir. Simge Kemalın evinə köçür. Simgenin evə yerləşməsi Cazibeni narahat edir. Amma onun Simgeyə qarşı bir müttəfiqi də var.
Kurtlar Vadisi Pusu - 133. Bölüm
- Hamitin öldürülməsindən sonra gözlər yenə Kaşifoğluna dikilib.
- Erhan Karanın oğlunu təqib edərkən sürprizlə qarşılaşır.
- Polat Alemdar indi Kaşifoğluna daha bir addım yaxınlaşır.
- Davut Tataroğlu qızı İncinin həbsdən buraxılmasında uğur qazanır. Amma onları gözləyən təhlükə var.
Kuzey Güney - 7. Bölüm
Banu Cemreni Güneydən uzaqlaşdırmağın planını hazırlayır və bu planlar işə yarayır. Ən böyük düşmənini atası ilə yanaşı görən Kuzeyin artan hirsinin qarşısındakı yeganə əngəl yenə özü olur. Kuzey sağalmadan çıxdığı xəstəxanaya yenidən qayıtmalı olur. Sami isə oğlundan öyrəndiyi yeni həqiqətlə Feratın qarşısına çıxmağa hazırlaşır. O, Ferhatla hesablaşmaq üçün hərəkətə keçəndə oğlu ilə arasındakı uçurum ilk dəfə yox olur.
Yahşi Cazibe - 58. Bölüm
Kemal və Cazibe Türkiyə və Azərbaycan futbol millilərinin oyununu birlikdə izləmək həyəcanını yaşayırlar. Amma Simgenin gecəni Kemalla keçirmək planları Cazibenin həvəsini yarımçıq qoyur.
Nazarın hamilə olduğunu öyrənən Barış ilk anda şoka düşsə də, sonra atalığa namizədliyə uyğunlaşır. Amma bir problem var. Kemal və Cazibedə uşağın atasının Barış olmaması ilə bağlı ciddi şübhələr var.
Evə gələn sürpriz qonaq başda Kemal olmaqla hamını şoka salır.
Kurtlar Vadisi Pusu - 132. Bölüm
Polat Alemdar və adamları isə partlayışdan sonra baş verən atışmada Kaşifoğlunu əldən qaçırırlar.
Polat Leyla ilə danışmaq istəyir. Leyla isə Polatın ona evlənmək təklif edəcəyini düşünür.
Kaşifoğlunun diqqətini cəlb etmək üçün Hamitin qəzetlərə müsahibə verməsini istəyən Polat yardım üçün Davut Tataroğluna müraciət edir. Amma Hamit Polatı dinləmir. Onun televiziyaya çıxması ilə ara qarışır.
Bölmələr
| Yoxdur |
Axtarış Robotları: 1
| Googlebot |
Qonaq: 2
Cəmi: 3
Saytı ziyarət etmiş son 20 istifadəçi:








![Namaz Vaxtları / Noyabr - 2011 [bütün bölgələr üzrə]](/uploads/posts/1318231915_untitled-1.jpg)


